Poqbadan xəbər var

Poqbadan xəbər var<span class="qirmizi"></span>

Yarımmüdafiəçi Pol Poqba sentyabrda menisk əməliyyatı olunduğu üçün dünya çempionatında iştirak edə bilmədi."Goal.com"-un  verdiyi məlumata görə, Poqba hazırda Mayamidə fərdi məşqlər edir. Turinə qayıtmadan və yükləri artırmağa başlamazdan əvvəl Pitsburqda mütəxəssislə məsləhətləşəcək. Fransız futbolçunun sağalma prosesini "Yuventus"un tibbi qərargahının nümayəndələri diqqətlə izləyir.

Xatırladaq ki, Pol Poqba bu yay transfer pəncərəsində  keçmiş klubu "Yuventus"a qayıdıb. Lakin səhhətindəki problemlərə görə 29 yaşlı yarımmüdafiəçi bu mövsüm bir dəfə də olsun matça çıxmayıb.

Mənbə: aqreqator.az