DÇ-2022: Kilian Mbappe mundiallardakı qol sayına görə Platini, Zidan və Anrini arxada qoyub

DÇ-2022: Kilian Mbappe mundiallardakı qol sayına görə Platini, Zidan və Anrini arxada qoyub<span class="qirmizi"></span>

DÇ-2022-nin Danimarka ilə oyununda iki dəfə fərqlənərək Fransa millisi ilə dünya çempionatlarındakı qollarının sayını 7-ə çatdıran Kilian Mbappe bu göstərici ilə ikinci pilləyə yüksəlib.

“Report”un məlumatına görə, bu oyuna qədər Mişel Platini və Zinəddin Zidanla eyni sayda (5) qola imza atmış 23 yaşlı hücumçu daha iki dəfə fərqlənərək həm onları, həm də Tyerri Anrini (6) geridə qoyub.

Hazırda mundiallarda fərqlənmək baxımından Mbappe sadəcə Jus Fontedən geri qalır. Əfsanəvi hücumçunun aktivində 13 qol var.

Hücumçu birinci turun Avstraliya ilə oyununda 1, DÇ-2018-də isə daha 4 dəfə fərqlənib.

Qeyd edək ki, Mbappenin millidəki ümumi qol sayı da 31-ə çatıb.

Mənbə: report.az