Türkiyədə futbol meydanında RƏZALƏT: Azarkeş qapıçını bayraq dirəyi ilə döydü

Türkiyədə futbol meydanında RƏZALƏT: Azarkeş qapıçını  bayraq dirəyi ilə döydü<span class="qirmizi"></span>

Spor Toto 1-ci Liqada "Göztepe" ilə "Altay" arasında keçirilən İzmir derbisi baş verən hadisələrə görə dayandırılıb.

Lent.az-ın Türkiyə mediasına istinadla məlumatına görə, oyunun 22-ci dəqiqəsindən sonra Gürsel Aksel stadionunda aləm bir-birinə qarışıb.

“Altay” tribunalarından “Göztepe” azarkeşlərinə fişəng atılandan sonra “Göztepe” tribunasında bəzi azarkeşlər yaralanıb.

Bu səbəbdən meydana 2 təcili yardım maşını daxil olub. Bu zaman meydançaya enən Göztəpə tərəfdarı küncdən bayraq dirəyini alaraq "Altay"ın qapıçısı Ozana hücum edib.

Ozanı vuran azarkeş saxlanılıb. Aldığı zərbələrdən sonra Ozan yerdə qalıb.

 

Mənbə: lent.az