DÇ-2022: İspaniya Almaniya qarşılaşması heç-heçə bitdi

DÇ-2022: İspaniya Almaniya qarşılaşması heç-heçə bitdi<span class="qirmizi"></span>

Bu gün Qətərdə təşkil olunan DÇ-2022-də növbəti oyunlar keçirilib.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, mundialın 8-ci gününün son matçı E qrupunda baş tutub.

Son üç mundialdan ikisinin qalibi İspaniya – Almaniya duelində qarşılaşıb. Hans-Diter Flikin yetirmələri dörd il əvvəlki fiaskonu yaşamamaq üçün bu görüşdən müsbət nəticə ilə ayrılmalı idi. Bundestim tapşırığın öhdəsindən müəyyən qədər gəlib. Hərəyə 1 qol vuran tərəflər matçdan bərabərliklə ayrılıb. Beləliklə, bu qrupda 1/8 finalçıların adına son turda aydınlıq gələcək.

Qeyd edək ki, E qrupunun digər oyununda Yaponiya ilə Kosta-Rika qarşılaşıb və ikincilər 1:0 hesabı ilə qalib gəlib.

DÇ-2022, qrup mərhələsi
27 noyabr, II tur
E qrupu
23:00. İspaniya - Almaniya 1:1

Qollar: Alvaro Morato, 62 - Niklas Füllkruq, 83

Mənbə: lent.az