"Real Madrid", "Barselona"... - Avropa nəhəngləri bu yeniyetməyə görə üz-üzə qalıb

"Real Madrid", "Barselona"... -  Avropa nəhəngləri bu yeniyetməyə görə üz-üzə qalıb<span class="qirmizi"></span>

 

Avropanın nəhəng klubları Braziliyanın “Palmerias” klubunun 16 yaşlı oyunçusu Endriki transfer etmək üçün mübarizə aparır.

Metbuat.az “Ntvspor”a istinadən xəbər verir ki, “Palmerias” futbolçuya təkliflərin olduğunu rəsmən təsdiq edib. Klub rəhbərliyinin sözlərinə görə, “Barselona” və “Real Madrid” daxil olmaqla bır sıra klublar 16 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır. Klub rəhbərliyi 16 yaşlı futbolçunu satmağa tələsmir.

Qeyd edək ki, Endrik, Kriştiano Ronaldonun oyun tərzini bəyəndiyini ondan örnəklər götürdüyünü açıqlamışdı.

 

 

Mənbə: metbuat.az