Azərbaycan əsilli futbolçu və onun ailəsi İranda təhdid olundu

İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daeinin özü və ailəsi təhdid olunub.

Pravda.az-ın məlumatına görə, 53 yaşlı veteran hücumçu bu barədə şəxsi instaqram səhifəsində bildirib.

Keçmiş forvard saysız-hesabsız təhdidlər aldıqlarını vurğulayıb.

Daei bunların bəzi qurumlar, media və naməlum şəxslər tərəfindən həyata keçirildiyini yazıb.

Qeyd edək ki, Əli Daei İranda baş verən hadisələrdə etirazçılarla həmrəy olduğunu bildirib və bu səbəbdən onun pasportu əlindən alınıb. İran yığmasının əfsanəvi futbolçusu ölkədəki vəziyyətə görə Qətərdə keçirilən dünya çempionatına getmədiyini də açıqlamışdı

 

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

Məşhur şəxs "Toppuş bacı"nın müalicəsi üçün 10 min dollar göndərib

SONRAKI XƏBƏR

Xamneyinin qardaşı qızının həbsinin SƏBƏBİ BİLİNDİ – Xarici ölkələri Tehranla əlaqələri kəsməyə çağırıb