Rəşad Rəsullu: "2022-ci ili Azərbaycan cüdosu üçün yaxşı qiymətləndiririk"

Rəşad Rəsullu: "2022-ci ili Azərbaycan cüdosu üçün yaxşı qiymətləndiririk"<span class="qirmizi"></span>

"2022-ci ili ümumilikdə Azərbaycan cüdosu üçün yaxşı qiymətləndiririk".

Bunu "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu deyil.

O, ilin əvvəlindən müxtəlif turnirlərdə 194 medal əldə etdiklərini xatırladıb: "Böyük arasında Avropa çempionatında bir qızıl, iki bürünc, dünya çempionatında isə iki bürünc medal əldə olunub. Yaxşı olmasa da, bu nəticələri qənaətbəxş kimi qiymətləndirə bilərik. Yeniyetmələr arasında üç cüdoçumuz Avropa çempionu oldu. Gənclərin mübarizəsində isə 4 idmançımız çempionluq əldə etdi. Yeniyetmələr də dünya çempionatında da yaxşı çıxış etdilər. Gənclərdə isə bir bürünc medal olmuşdu. Bu yarışı isə uğursuz hesab etmişdik".

R. Rəsullu hazırda işlərin getdiyini və ümumi inkişafdan razı olduqlarını sözlərinə əlavə edib: "Bizim yeniyetmə və gənclərimiz iştirak etdikləri qarışıq komanda yarışlarında da medallar əldə ediblər. Demək olar ki, bütün turnirlərdə buna nail olmuşuq. Bu, cüdonun səviyyəsini göstərir. Biz şadıq ki, idmançılarımız öz inkişaflarını göstərirlər.

Federasiya rəsmisi ilin sonunadək daha iki yarışa qatılacaqlarını vurğulayıb: "Tokiodakı Böyük Dəbilqədə yalnız 48 kq çəki dərəcəsində Leyla Əliyeva mübarizə aparacaq. İsrailin Qüds şəhərində 20 - 22 dekabrda "World Masters" olacaq. Bu, dünya çempionatından sonra olimpiada üçün ən çox xal verən turnirdir. Reytinqdə ilk 36 pillədə olan cüdoçular medallar uğrunda mübarizə aparır. Səviyyəsinə, çətinliyinə görə bəzən dünya çempionatından daha çətin yarış hesab edilir. Həmin turnirdən sonra ilin bizim üçün nə qədər uğurlu olduğunu deyə bilərik. Yığmanın qarşısına qoyulan əsas məqsəd 2023-cü ilin mayındakı dünya çempionatına hazırlaşmaqdır. Olimpiadaya isə mümkün qədər tez lisenziyaları qazanmaları istəyirik".

O, son olaraq yığmanın baş məşqçisi Riçard Trautman və performans direktoru Mark van der Ham haqqında fikirlərini bölüşüb: "Mütəxəssislər martdan fəaliyyətə başlayıblar. Hazırda onların işlərin yaxşı qiymətləndiririk. Hər ikisi ilə bu olimpiya tsiklı üçün razılığa gəlmişik. Onların fəaliyyətinin tam qiymətləndirilməsi Paris-2024-dən sonra olacaq".

Mənbə: report.az