Dünya çempionatları tarixində cərimə meydanından kənarda ən çox qol vuran futbolçuların adları açıqlanıb.
Milli.Az apasport.az-a istinadən bildirir ki, Argentina yığmasının kapitanı Lionel Messi Qətərdə keçirilən DÇ-2022-də Meksika ilə görüşdə (2:0) fərqlənərək, rekorda bir addım da yaxınlaşıb.
Mundiallarda ümumilikdə 8 dəfə fərqlənən 35 yaşlı forvard bunun 4-nü uzaq məsafədən vurub. Messi hazırda əfsanəvi almaniyalı Lotar Matteus və uruqvaylı Dieqo Forlanla ikinci yeri bölüşür.
Rekordun sahibi Roberto Rivellinodur. O, Braziliya yığmasının heyətində ümumilikdə 6 qol vurub ki, bunun 5-nə cərimə meydançasının kənarından imza atıb.
Futbolçu
Millisi
Uzaqdan qollar
Fərqləndiyi illər
Ümumi qollar
Roberto Rivellino
Braziliya
5
1970 (2), 1974 (3)
6
Lotar Matteus
Almaniya
4
1986 (1), 1990 (3)
6
Dieqo Forlan
Uruqvay
4
2002 (1), 2010 (3)
6
Lionel Messi
Argentina
4
2014 (3), 2022 (1)
8
Milli.Az