İran millisinin heyətində yer alan azərbaycanlı futbolçular

İran millisinin heyətində yer alan azərbaycanlı futbolçular<span class="qirmizi"></span>

80 milyonu keçən İran əhalisinin yarıdan çoxu azərbaycanlıdı.
Bu ölkənin futbol yığması fərqli millətlərin nümayəndələrindən formalaşsa da, etnik türklərin sayı ildən-ilə azalır. Görəsən, hazırda Qətərdə keçirilən DÇ-də mübarizə aparan İran millisində neçə azərbaycanlı çıxış edir?
Manset.az "Football-plus.az"a istinadən xəbər verir ki, İran millisinin heyətində 3 azərbaycanlı çıxış edir: Sərdar Azmun, Kərim Ənsərifərd, Əli Qolizadə. Hər 3 soydaşımız legioner həyatı yaşayır. Azmun Almaniya "Bayer-04"ündə, Ənsərifərd Cənubi Kipr "Omoniya"sında, Qolizadə isə Belçika "Şarlerua"sında oynayır. Bundan başqa, xalqımızın bir parçası olan talışlardan da İran millisində yer alan var. Bu, Sadeq Məhərrəmidi. Onu da qeyd edək ki, 26 yaşlı müdafiəçi azsaylı legionerlərimizdən olan Mahir Emreliylə birgə Zaqreb "Dinamo"sunda oynayır.

Mənbə: manset.az