Türkiyə futbolunun əfsanə oyunçusu vəfat etdi

Türkiyə futbolunun əfsanə oyunçusu vəfat etdi<span class="qirmizi"></span>

 

“Böyük Mehmet” ləqəbli əfsanəvi futbolçulardan Mehmet Oğuz dünyasını dəyişib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, A Milli Futbol Komandası, “Qalatasaray” və “Fənərbaxça”nın formalarında çıxış edən “Böyük Mehmet” ləqəbli Mehmet Oğuz dünyasını dəyişib.

Türkiyə Futbol Federasiyasından verilən açıqlamada deyilir:

“Türk futbolunun dəyərli simalarından biri, Milli Komandamızın sabiq futbolçusu Mehmet Oğuzun dünyasını dəyişdiyini dərin hüznlə öyrəndik. Mərhum Mehmet Oğuza Allahdan rəhmət diləyir, ailəsinə, yaxınlarına, Qalatasaray, Fənərbaxça və bütün idman cəmiyyətinə başsağlığı veririk”.

Mehmet Oğuz 19 dəfə A Milli Komandasında, 6 dəfə isə 21 yaşadək futbolçulardan ibarət milli komandanın heyətində olmaqla, ümumilikdə 25 dəfə milli forma geyinib. Futbola başladığı “Qalatasaray”ın uzun illər işləyib, kapitan olan və “Böyük Mehmet” kimi tanınan Oğuz karyerasının son dönəmlərində “Fənərbaxça”da çıxış edib.

pia.az

Mənbə: pia.az