"Barselona" və PSJ türk ulduz uğrunda mübarizə aparır

"Fənərbağça"nın gənc ulduzu Arda Gülər Avropa nəhənglərinin transfer siyahısındadır.

Ölkə.az Offsideplus-a istinadən xəbər verir ki, PSJ və "Barselona" klubları 17 yaşlı yarımmüdafiəçinin transferi uğrunda mübarizə aparır. Paris təmsilçisi Türkiyə millisinin üzvü üçün 25 milyon avroluq rəsmi transfer təklifi irəli sürüb.

Qeyd edək ki, Arda Gülərin son dönəmlərdə adı "Milan" və "Napoli" klubları ilə də hallanırdı.

Olke.az

ƏVVƏLKİ XƏBƏR

"Ukrayna əsgərləri İran dronlarına “uçan otbiçən” ləqəbi veriblər"

SONRAKI XƏBƏR

Ərdoğandan Yunanıstan və Fələstin AÇIQLAMASI