Dünya çempionatının son turunun 8 oyunu "CBC Sport"da yayımlanacaq

 

“Qətərdə keçirilən Futbol üzrə dünya çempionatında qruplarda təşkil olunan son turun oyunları günün eyni vaxtında başlayır”.

Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətindən bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu çempionatın eksklüziv yayım hüququna sahib olan İctimai Televiziya və Radio Yayımları Şirkəti tamaşaçıların bütün oyunları izləməsinə şərait yaratmaq üçün CBC Sport telekanalı ilə razılaşma əldə edib:

“Razılaşmaya əsasən, yayım hüququnun sublisenziya əsasında verilməsiylə, qrup mərhələsinin son turunun səkkiz oyunu CBC Sport telekanalında yayımlanacaq”.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanın daimi nümayəndəsi Bioloji Silahlar Konvensiyası ilə bağlı konfransda çıxış edib

SONRAKI XƏBƏR

DÇ-də dramatik heç-heçə - VİDEO