Kəllə-beyin travması alan iranlı qapıçının ABŞ-yə qarşı oyunda meydana çıxacağı gözlənilir - FOTO

 

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında İngiltərəyə qarşı oyunda komanda yoldaşı ilə toqquşaraq burun nahiyəsindən ağır xəsarət İran millisinin əsas qapıçısı Əlirza Beyrənvənd əsas heyətlə məşqə qatılıb.

Qolkiperin məşqdə iştirakı onun ABŞ ilə gözlənilən oyunda meydana çıxmaq ehtimalını artırıb.

Artıq İran mətbuatı Karlus Keyruşun prinsipial oyunda qapını 30 yaşlı Beyrənvəndə tapşıracağını yazıb.

Qeyd edək ki, Əlirza Beyrənvənd İngiltərəyə qarşı görüşdə (6:2) komanda yoldaşı ilə toqquşaraq zədələnib. Burun nahiyəsindən xəsarət alan qolkiper oyunu davam etdirə bilməyib və 18-ci dəqiqədə meydanı xərəkdə tərk edib. Müayinədən keçən Beyrənvəndin kəllə-beyin travması aldığı üzə çıxıb.

Xatırladaq ki, B qrupunda yer alan İran və ABŞ milliləri arasında görüş sabah Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Mənbə: Jahannews.com

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Çində etirazçılar niyə ağ kağız daşıyır? - Maraqlı səbəb / FOTOLAR

SONRAKI XƏBƏR

Türkiyədə daha bir terrorçu qadın saxlanıldı