Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub<span class="qirmizi"></span>

 

Bakı, 28 noyabr, AZƏRTAC

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.

AZƏRTAC Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 66 komandanın 326 boksçusu mübarizə aparıb. Yeddi gün davam edən turnirdə 15 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Final döyüşlərində qalib gələn Məhəmmədəli Məmmədli, Əli Baxışov, Bilalhabaşi Nəzərov, Sübhan Babayev, Faiq Mollayev, Eldar Abdullazadə, Elbrus Kərimli, Orucəli Cavadzadə, Mirhəsən İbrahimov, Kənan Aslanlı, Rüstəm Nemətov, Kənan İsayev, Mircəlal Mirağayev, Hüseyn Hüseynli və İlkin Məmmədli çempion tituluna sahib olublar.

Turnirin komanda hesabında “Təhsil” Respublika İdman Mərkəzi 89 xalla birinci yeri tutub. İkinci pilləyə Gəncə komandası (21) yiyələndiyi halda, “üçlüy”ü “Neftçi” İdman Klubu (18) qapayıb.

Birincilikdə ən yaxşı boksçu adına Bilalhəbaşi Nəzərov layiq görülüb. Yasəf Quliyev isə ən yaxşı hakim adına sahib olub.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

 

Mənbə: azertag.az