Benzema qayıda bilər

"Real"ın və Fransa yığmasının hücumçusu Kərim Benzema hələ də 2022-ci il Dünya Çempionatında iştirak edə bilər.

Xatırladaq ki, daha əvvəl “Qızıl top”un sahibi  zədə səbəbindən Fransa yığmasının düşərgəsini tərk etmişdi. Onun bu turnirdə oynamayacağı açıqlanmışdı.Bəzi mənbələrin verdiyi xəbərə görə, Benzemanın sağalması gözlənildiyindən daha sürətlə gedir. Bu həftənin ortalarına kimi hücumçu məşqlərə qayıda biləcək. Benzema hələ də Fransanın 2022-ci il dünya çempionatındakı heyətindən xaric edilmədiyinə görə yenə də Qətərə qayıda və turnirdə oynaya bilər. Benzemanın mümkün qaytarılması ilə bağlı qərarı Fransa millisinin baş məşqçisi Didye Deşam verəcək.

Aqreqator.az

ƏVVƏLKİ XƏBƏR

DÇ-2022: Braziliya millisi pley-offa vəsiqəni təmin edib

SONRAKI XƏBƏR

Ərdoğan hərbi əməliyyatlar barədə: "Heç kimdən icazə almadığımız kimi, hesab da vermərik"