DÇ-2022: İsveçrə millisini daşıyan avtobus qəzaya uğrayıb

DÇ-2022: İsveçrə millisini daşıyan avtobus qəzaya uğrayıb<span class="qirmizi"></span>

Qətərdə İsveçrə millisinin futbolçularını daşıyan avtobus qəzaya uğrayıb.

"Daily Mail" nəşrinə istinadən xəbər verilir ki, nəqliyyat vasitəsi polis maşını ilə toqquşub.

İsveçrəyə qarşı G qrupunun II tur oyunundan öncə baş vermiş hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, qarşılaşma Cənubi Amerika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 83-cü dəqiqədə Kazemiro vurub.

Mənbə: report.az