DÇ-2022: Portuqaliya Uruqvaya qalib gəldi - YENİLƏNİB + VİDEO

DÇ-2022: Portuqaliya Uruqvaya qalib gəldi - <span class="qirmizi">YENİLƏNİB + VİDEO</span>

Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda Portuqaliya və Uruqvay yığmaları qarşılaşırlar.

Oyun Portuqaliyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 90+3-cü dəqiqəsində Bruno Fernandes Portuqaliyanın ikinci qolunu vurub. O, penaltini dəqiq yerinə yetirib.

00:13

Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda Portuqaliya və Uruqvay yığmaları qarşılaşırlar.

Oxu.Az xəbər verir ki, oyunda hesab açılıb.

Qarşılaşmanın 55-ci dəqiqəsində Portuqaliyanın heyətində Bruno Fernandes hesabı açıb.

00:03

Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda Portuqaliya və Uruqvay yığmaları qarşılaşırlar.

Oxu.Az xəbər verir ki, oyunda ikinci hissə başlayıb.

Qarşılaşmada hesab açılmayıb.

23:49

Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda Portuqaliya və Uruqvay yığmaları qarşılaşırlar.

Oxu.Az xəbər verir ki, oyunda ilk hissə başa çatıb.

Qarşılaşmada hesab açılmayıb.

23:01

Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda Portuqaliya və Uruqvay yığmaları qarşılaşırlar.

Oxu.Az xəbər verir ki, oyun saat 23:00-da start götürüb.

22:25

Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda üz-üzə gələcək Portuqaliya və Uruqvay yığmalarının start heyətləri açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaq:

Portuqaliya: Dioqu Koşta, Pepe, Nunu Mendeş, Joau Kanselu, Ruben Diaş, Ruben Neveş, Vilyam Karvalyu, Brunu Fernandeş, Bernardu Silva, Joau Feliks, Kriştianu Ronaldu

Uruqvay: Serxio Roçet, Rodriqo Bentankur, Xose Mariya Ximenes, Dieqo Qodin, Matias Oliveyra, Sebastyan Koates, Darvin Nunyes, Edinson Kavani, Federiko Valverde, Matias Vesino

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mənbə: oxu.az