DÇ-2022: İngiltərə millisi 1/8 finalda Seneqala rəqib olub - VİDEO

DÇ-2022: İngiltərə millisi 1/8 finalda Seneqala rəqib olub - <span class="qirmizi">VİDEO</span>

İngiltərə millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib. 

İngilislər buna B qrupunun III turunda Uelslə oyunda 3:0 hesablı qələbə qazanaraq nail olublar. 

Bu nəticə ilə xallarının sayını 7-ə yüksəldən Qaret Sautqeytin komandası qrup lideri kimi növbəti mərhələyə çıxıb. 

1/8 finalda İngiltərənin rəqibi A qrupunda ikinci yeri tutmuş Seneqal yığması olacaq.

***

Oyunda 3-cü qol vurulub. 

Markus Reşford 68-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunu vurub. 

***

"Report"un məlumatına görə, oyunda iki dəqiqəyə iki qol vurulub.

Qarşılaşmanın 50-ci dəqiqəsində Markus Reşford, 52-ci dəqiqəsində isə Fil Foden İngiltərəni Uels qarşısında 2:0 hesabı ilə önə çıxarıblar.

***

Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda Uels və İngiltərə milliləri qarşılaşırlar. 

Oyun saat 23:00-da başlayıb. 

22:00

Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda qarşılaşacaq Uels və İngiltərə yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Uels: 12. Denni Uard, 3. Neko Uilliams, 4. Ben Deyvis, 5. Kris Mefam, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remzi, 11. Qaret Beyl, 13. Kiffer Mur, 15. Etan Ampadu, 20. Daniel Ceyms

İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Luk Şou, 4. Deklan Rayz, 5. Con Stounz, 6. Herri Maquayr, 8. Cordan Henderson, 9. Harri Keyn, 11. Markus Reşford, 20. Fil Foden, 22. Cud Bellingem

Qeyd edək ki, oyun saat 23:00-da başlayacaq.

Mənbə: report.az