Fequli yenidən Türkiyə Super Liqasında

Fequli yenidən Türkiyə Super Liqasında<span class="qirmizi"></span>

Qış transferlərinə erkən başlayan və ilk olaraq Adem Lyayiçi heyətinə qatan "VavaKars Fatih Karagümrük" güclənməyə davam edir.
“Qırmızı-qaralar” mövsümün əvvəlində özünə komanda tapa bilməyən eks "Qalatasaray"lı Sofyan Fequli ilə 1,5 illik müqavilə imzaladıqlarını açıqlayıb.
"VavaKars Fatih Karagümrük" tərəfindən edilən açıqlamada bildirilir:
"32 yaşlı yarımmüdafiəçi Sofyan Fequli ilə növbəti transfer pəncərəsindən qüvvəyə minməklə 1,5 illik müqavilə imzalanıb".
Fequli ara transfer dövründən sonra İstanbul komandasında oynamağa başlayacaq.
5 mövsüm "Qalatasaray"da forma geyinən Sofian Fequli bu müddətdə 162 matçda meydana çıxıb,34 qol vurub, 32 məhsuldar ötürmə edib.

Mənbə: aqreqator.az