UEFA "Yuventus"la bağlı araşdırmalara başlayıb

UEFA "Yuventus"la bağlı araşdırmalara başlayıb<span class="qirmizi"></span>

UEFA-nın Klubların Maliyyə Nəzarəti Orqanı İtaliya "Yuventus"u ilə bağlı araşdırmalara başlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Turin təmsilçisi lisenziya və maliyyə feyr-pleyi qaydalarını pozmaqda günahlandırılır.

Daha əvvəl klubun prezidenti Andrea Anyelli və vitse-prezidenti Pavel Nedved istefa verib.

Qeyd edək ki, İtaliya mətbuatı "Yuventus"un yeni prezidentinin Canluka Ferrero olacağını yazıb.

Mənbə: report.az