36 yaşlı yamaykalı atlet Useyn Bolt 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatında hansı komandaya azarkeşlik etdiyini açıqlayıb, həmçinin turnirin qalibini proqnozlaşdırmağa çalışıb.
“Argentina mənim komandamdır. Argentina millisini ürəkdən dəstəkləyirəm.
Mən bilirəm ki, Fransa, Braziliya və Argentina turnirdə qalib gəlməyə əsas namizədlərdir, lakin ümid edirəm ki, Argentina qalib olacaq”, -deyə Bolt "Eurosport"a bildirib.
Turnirin 1/8 final mərhələsi çərçivəsində Argentina millisi "D" qrupunda sensasiyalı şəkildə ikinci yeri tutan Avstraliya yığması ilə qarşılaşacaq.
Görüş dekabrın 3-də Əl-Rayyandakı (Qətər) Əhməd bin Əli adına stadionda keçiriləcək
Useyn Bolt Argentinanı dəstəkləyir
Bənzər Xəbərlər
İdman