Lukaku Belçikanın dünya çempionatını tərk etməsindən hiddətlənib – VİDEO

Artıq xəbər verdiyimiz kimi, Belçika millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazana bilməyib. F qrupunun III turunda Xorvatiya ilə qolsuz heç-heçədən sonra komanda üçün turnirin başa çatdığı dəqiqləşib.

Lakin Belçika yığmasının heç də bütün üzvləri baş verənləri sakitliklə qarşılamayıb. Belə ki, komandanın əsas sımalarından olan hücumçu Lomelu Lukaku oyundan sonra stadiondakı ehtiyat oyunçular skamyasının arakəsməsini yumruqlayaraq qəzəb və məyusluğunu nümayiş etdirib. Görüntüləri insayder Fabrisio Romano paylaşıb.

Qeyd edək ki, forvardın reaksiyası təsadüfi deyil. O, matç ərzində bir neçə qol fürsətini boşa verməklə komandasının uğursuzluğunda böyük pay sahibi olub.

 

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Ronaldu Portuqaliya millisinin hədəfini açıqladı

SONRAKI XƏBƏR

Cənubi Koreya Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib