“Qarabağ” və “Neftçi” “Zenit”in futbolçusu ilə maraqlanır

Qazaxıstan millisinin futbolçusu Nurali Alip “Qarabağ” və “Neftçi”nin maraq dairəsindədir.

“Report”un “euro-football.ru”ya istinadən məlumatına görə, müqavilə ilə ölkəsinin “Kayrat” klubuna məxsus olan, ancaq hazırda Rusiya klubu “Zenit”də icarə əsasında çıxış edən gənc oyunçu 3 komandanın gündəmindədir.

Azərbaycan klubları ilə yanaşı, Rusiya Premyer Liqası təmsilçisi “Pari Nijni Novqorod” da onu heyətinə qatmaq istəyir.

Alip oyun praktikasının azlığı səbəbindən komandasını dəyişməyi planlaşdırır. Futbolçu qış transfer dönəmində danışıqlar aparmağa hazırdır.

Qeyd edək ki, “Kayrat”la müqavilə müddəti 2023-cü ilin sonuna qədər olan Nurali Alipin transfer dəyəri 1,2 milyon avroya bərabərdir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Çində insanlar karantin düşərgəsinə od vurdular - VİDEO

SONRAKI XƏBƏR

Ötən ay KTM-ə 900 nəfər zəhərlənmə ilə bağlı müraciət edib, 4-ü ölüb