FIFA Seneqal Futbol Federasiyasını cərimələyib

FIFA Seneqal Futbol Federasiyasını cərimələyib<span class="qirmizi"></span>

FIFA İntizam Komitəsi Seneqal Futbol Federasiyasını 10 min İsveçrə frankı məbləğində cərimələyib.

"Report" ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna Seneqal millisinin Qətərdə keçirilən dünya çempionatında media ilə bağlı reqlamentin müddəalarını pozması səbəb olub.

Yığmanın oyunçularından heç biri Ekvadora 2:1 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin III tur matçından əvvəl mətbuat konfransına qatılmayıb.

Qeyd edək ki, A qrupunu 6 xalla ikinci sırada başa vuran Afrika təmsilçisi 1/8 finalda İngiltərə ilə üz-üzə gələcək.

Mənbə: report.az