DÇ-2022: “Qrupda qalmağımız İspaniyanın yox, öz günahımızdır”

DÇ-2022: “Qrupda qalmağımız İspaniyanın yox, öz günahımızdır”<span class="qirmizi"></span>

"İspaniya uduzsa da, hər şeyə malik komandadır. Taktiki cəhətdən yaxşı hazırlaşıblar, əla təhsil alıblar, topla əladırlar"

"Çox məyusam. Kosta-Rika ilə oyunda 16 şansımız oldu. Təəssüf ki, ilk hissədə yaxşı nəticə əldə edə bilmədik, baxmayaraq ki, 3-4 qol vurmalı idik. Bu, oyuna təsir edəcəkdi. Çox əsəbiləşdim və bu barədə komandaya dedim. Bəli, sonda qalib gəldik, amma daha yaxşı çıxış edə bilərdik".

Milli.Az matc.az-a istinadən bildirir ki, bunu Almaniya yığmasının baş məşqçisi Hans-Diter Flik deyib.

Almaniya millisi Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin son turunda Kosta-Rikanı 4:2 hesabı ilə məğlub etsə də, 1/8 finala çıxa bilməyib. Buna səbəb III turda İspaniyanın Yaponiyaya uduzmasıdır (1:2).

"İspaniyanın Yaponiyaya məğlubiyyətinə dair şərh? Mən heç vaxt başqa komandalara baxmıram. Qrupda qalmağımız İspaniyanın yox, öz günahımızdır. İspaniya uduzsa da, hər şeyə malik komandadır. Taktiki cəhətdən yaxşı hazırlaşıblar, əla təhsil alıblar, topla əladırlar. Növbəti on ildə düzgün addımlar atmağımız son dərəcə vacibdir" - deyə, Flik bildirib.

Mənbə: news.milli.az