“Neftçi” rəsmisi: “İclasda klubun əvvəlki əzəmətini necə qaytarmalıyıq mövzusunda müzakirələr oldu”

“Neftçi” rəsmisi: “İclasda klubun əvvəlki əzəmətini necə qaytarmalıyıq mövzusunda müzakirələr oldu”<span class="qirmizi"></span>

“Müşahidə Şurasının (MŞ) dünənki iclasında “Neftçi”nin əvvəlki əzəmətini necə qaytarmalıyıq mövzusunda müzakirələr oldu”.

Bu barədə “Report”a açıqlamasında klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev deyib.

Paytaxt klubunun rəsmisi bildirib ki, Müşahidə Şurasının tərkibində edilən dəyişikliklərdən sonra yeni üzvlər klub rəhbərliyi ilə görüşüb: “Bu, bir növ tanışlıq xarakteri daşıyırdı. Beşillik hesabat təqdim olundu, həmçinin qarşıdakı illərin planları açıqlandı. İnfrastruktur, maliyyə, idman, media, marketinq sahələri üzrə məlumat verildi. Ardından yeni üzvlər “Bakcell Arena” ilə tanış oldular, muzeyi gəzdilər, komanda ilə görüşdülər”.

Rüstəm Allahverdiyev Müşahidə Şurasının artıq ilk tapşırıqlarını verdiyini və yaxın zamanlarda daha bir toplantı olacağını qeyd edib: “Həmin vaxta qədər verilən tapşırıqlar üzərində çalışmalı, bəzi araşdırmalar aparıb, onlara təhvil verməliyik”.

Qeyd edək ki, dünən “Neftçi”nin Müşahidə Şurasının tərkibində dəyişikliklər olub.

Mənbə: report.az