TRT-nin şərhçisi bu sözündən sonra efirdən qovuldu - SƏBƏB

TRT-nin şərhçisi bu sözündən sonra efirdən qovuldu - SƏBƏB<span class="qirmizi"></span>

 

Dünya Çempionatı - 2022-nin dünən keçirilən Kanada-Mərakeş oyununu şərh edən TRT-in şərhçisi Alper Bakırcıgil matçın fasiləsində efirdən kənarlaşdırlıb.

Buna səbəb şərhçinin Mərakeş komandasının oyunun 4-cü dəqiqəsində vurduğu qol zamanı "Dünya Çempionatı tarixində ən erkən qolu Hakan Şükür vurub" faktını səsləndirməsi olub. Oyunun ikinci hissəsində isə oyuna Cüneyt Kıran aparıcılıq edib.

Açıqlama verən Alper Bakırcıgil isə buna etiraz əlaməti olaraq istefa verib: "Uzun illər qürurla çalışdığım TRT qurumu ilə bu gün yaşanan olay sonrası əlaqəm kəsilmişdir. Ayrılıq sevgiyə daxildir. Yenidən görüşmək diləyilə salamat qalın" -, deyə tviter hesabında qeyd edib.

Hakan Şükürün adının çəkilməsinə gəlincə, Türkiyənin milli komandasının və "Qalatasaray" klubunun keçmiş oyunçusu Hakan Şükür futbolçu karyerasını başa vurandan sonra hakim Ədalət və İnkişaf Partiyasının parlamentindəki millət vəkillərindən biri olub. 2015-ci ildə adı "Fətullahçı" örgütlə işbirliyində adı hallanan futbolçu ABŞ-a köçüb. Türkiyənin hüquq-mühafizə orqanları 2016-cı ildə Hakan Şükür barəsində həbs qərarı çıxıb.

Qeyd edək ki, Hakan Şükür dünya çempionatları tarixində ən erkən qolun müəllifidir. 2002-ci ildə keçirilən Dünya Çempionatında Türkiyə milli komandası Cənubi Koreyanın qapısına qol vurmaqla futbol tarixinə düşüb. Qolun müəllifi isə 9-cu saniyədə millinin hücumçusu Hakan Şükür olub.

Alper Bakırcıgil

Hakan Şükür

 

 

Mənbə: metbuat.az