Dünya çempionatlarına seçim xarakteri daşıyan Azərbaycan birincilikləri başlayıb

Dünya çempionatlarına seçim xarakteri daşıyan Azərbaycan birincilikləri başlayıb<span class="qirmizi"></span>

 

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycan Şahmat Federasiyasının mənzil qərargahında rapid və blits üzrə ölkə çempionatlarına start verilib.

AZƏRTAC xəbər verir ki, çempionatda 36 şahmatçı iştirak edir. Onlardan 22-si kişi, 14-ü isə qadınların turnirində gücünü sınayacaq.

Ölkə birinciliyi dekabrın 25-30-da Qazaxıstanda təşkil olunacaq rapid və blits üzrə dünya çempionatlarına seçim xarakteri daşıyır.

Yarışda Rauf Məmmədov, Nicat Abbasov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, bu il 20 yaşadək şahmatçılar arasında dünya çempionu adını qazanmış Abdulla Qədimbəyli və Gövhər Beydullayeva kimi ölkənin aparıcı şahmatçıları iştirak edirlər.

İki gün davam edəcək 9 turluq rapid yarışından sonra şahmatçılar daha bir gün blits oynayacaq və sonda iki turnirin nəticələrinə uyğun olaraq Azərbaycan çempionlarının adları müəyyən olunacaq.

Qeyd edək ki, hər iki turnirin ümumi mükafat fondu 8 min manat təşkil edir.

 

Mənbə: azertag.az