"Real" Reşford planı

"Real" Reşford planı<span class="qirmizi"></span>

"Real" Madrid heyətini gücləndirmək üçün fürsətlər axtarmağa davam edir. İspan mətbuatı xəbər verir ki, Madrid nəhəngi "Mançester Yunayted"in hücumçusu Markus Reşfordu hədəfə alıb. İngilis futbolçu Madriddə Kərim Benzemanı əvəz edəcək futbolçu ola bilər.

Marcus Reshford "Mançester Yunayted"in öz yetirməsidir. “Qırmızı şeytanlar”ın əsas heyətində hücumçu 322 rəsmi oyun keçirib. Həmin oyunlarda Reşford 101 qol vurub və 61 asisst edib.

Nüfuzlu transfermarkt portalı 25 yaşlı Markus Reşfordu 55 milyon avro dəyərində qiymətləndirib.

Mənbə: