Mundialın finalına ev sahibliyi edəcək beşulduzlu stadion FOTOREPORTAJ

Mundialın finalına ev sahibliyi edəcək beşulduzlu stadion  FOTOREPORTAJ<span class="qirmizi"></span>

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının final oyununa dekabrın 18-də “Lusail” stadionu ev sahibliyi edəcək. Ölkənin ən böyük idman qurğusu olan arena mundial üçün inşa olunan 8 stadiondan biridir. Stadionun açılışında Qətər Super kuboku matçı keçirilib.

AZƏRTAC xəbər verir ki, inşasına 2017-ci ildə başlanan arena dünya çempionatı üçün 88 min 966 azarkeş tutumuna malik hazırlanıb. Gələcəkdə oturacaqların sayı 40 minə enidiriləcək və burada mağaza, kafe, idman və təhsil müəssisələri və klinikanın fəaliyyət göstərməsi nəzərdə tutulub. Arena dizayn və tikintisinə görə Qlobal Davamlılığın Qiymətləndirilməsi Sistemi (GSAS) tərəfindən beş ulduz alıb.

Arena dünya çempionatı zamanı 11 matça ev sahibliyi edəcək. Belə ki, stadionda artıq C qrupunun 3, G qrupunun 2, H qrupunun isə 1 matçı oynanılıb. Həmçinin pley-off mərhələsinin 4 oyunu da burada keçiriləcək.

Artıq stadionda azarkeş sayına görə rekord da qeydə alınıb. Belə ki, mundialın C qrupunun ikinci turu çərçivəsində keçirilən Argentina – Meksika matçını 88 min 966 azarkeş izləyib. Oyun Argentina millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Mənbə: azertag.az