“Çelsi” “Barselona”ya çatdı

“Çelsi” “Barselona”ya çatdı<span class="qirmizi"></span>

DÇ-2022-də daha çox futbolçusu qol vuran klubların siyahısında dəyişiklik olub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "Çelsi" Qətərdəki mundialın rekordunu təkrarlayıb.

İngiltərə klubunun 5 üzvü qol sevinci yaşayıb. Bunlar Kay Haverts (Almaniya), Kalidu Kulibali (Seneqal), Kristian Pulişiç (ABŞ), Rahim Sterlinq (İnglltərə) və Hakim Ziyeşdir (Mərakeş).

Bununla da "Çelsi" "Barselona"ya çatıb. İspaniya nəhənginin də 5 üzvü Qətərdə qol vurub.

Mənbə: news.milli.az