"Onu qovmaq lazımdır"

"Onu qovmaq lazımdır"<span class="qirmizi"></span>

 

Almaniya yığmasının sabiq kapitanı Mikael Ballak Bundestimin qrup mərhələsində dünya çempionatını tərk etməsini şərh edib. Xatırladaq ki, almanların qrupundan Yaponiya və İspaniya pley-offa yüksəlib. "Bavariya"nın və "Çelsi"nin sabiq yarımmüdafiəçisi olan Ballak,Hans-Diter Fliki millinin baş məşqçisi vəzifəsindən uzaqlaşdırmağa çağırıb.

“Fliki dərhal qovmaq lazımdır.2018-ci ildə etdiyimiz səhvləri təkrarlamamalıyıq. O vaxt milli komandanın rəhbərliyi bildirmişdi ki, məşqçilər korpusu səhvləri təhlil edib, nəticə çıxaracaq. Sonda Löv qaldı və biz hamımız bunun nə ilə nəticələndiyini gördük”-deyə Ballak bildirib. 

Xatırladaq ki, qrupun son oyununda Almaniya Kosta-Rikaya 4:2 hesabı ilə qalib gəlsə də, Yaponiya paralel görüşdə İspaniyaya qalib gələrək Flikin yetirmələrinin pley-offa çıxmaq planlarını alt üst edib.

Mənbə: