"Qocaman" qayıdır

"Qocaman" qayıdır<span class="qirmizi"></span>

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç uzun fasilədən sonra məşqlərə qayıdır. "Goal" portalının verdiyi məlumata görə, isveçli futbolçu gələn bazar ertəsindən etibarən komandanın məşqində iştirak edə biləcək.
2022/2023 mövsümündə Zlatan İbrahimoviç hələ meydana çıxmayıb - isveçli dizindən aldığı zədəni sağaltmaqla məşğul idi. Hələ may ayında təcrübəli futbolçu əməliyyat olunmuşdu.
Xatırladaq ki,oktyabr ayında Zlatan İbrahimoviç 41 yaşını qeyd edib. İsveçli hücumçunun "Milan"la hazırkı müqaviləsi 2022/2023 mövsümünün sonuna kimidir.
Mövsümün ilk hissəsindən sonra "Milan" A Seriyasının turnir cədvəlində ikinci yerdədir.

Mənbə: