Nüfuzlu "La Gazzetta dello Sport"un məlumatına görə, Turinin "Yuventus" klubu hələ də Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldoya 19,9 milyon avro borcludur.Nəşrin məlumatına görə, Ronaldo 2020-ci ildə pandemiyanın pik dövründə kluba kömək etmək üçün maaşını azaltmağa razı olan oyunçular arasında olub.
Bununla belə, müstəntiqlərin araşdırmalarından məlum olub ki, klub keçmiş hücumçusu klubu tərk etsə belə, ona 19,9 milyon avro ödəyəcəyini vəd edib,lakin hələ də ödəmə aparılmayıb.
Xatırladaq ki, portuqaliyalı hücumçu 2018-ci ilin yayında İtaliya komandası ilə müqavilə imzalayıb, 2021-ci ilin avqustunda klubu tərk edib.