Xəstəxanaya düşən Pelenin son vəziyyəti açıqlandı FOTO

Xəstəxanaya düşən Pelenin son vəziyyəti açıqlandı <span class="qirmizi">FOTO</span>

Braziliyalı futbol əfsanəsi Pele bağırsaq xərçəngi ilə mübarizə aparır.

Məlumata görə, kimya terapiyası gözlənilən nəticəni vermədiyi üçün üçqat dünya çempionu hazırda palliativ müalicə alır.

Qeyd edək ki, 2021-ci ilin sentyabrında Pele yoğun bağırsağındakı şişi çıxarmaq üçün əməliyyat keçirib.

82 yaşlı idmançı son olaraq noyabrın 29-da Sao Paulodakı xəstəxanaya yerləşdirilib. Dekabrın 2-də Peleyə tənəffüs yolları infeksiyası diaqnozu qoyulduğu məlum oldu.

Onu da bildirək ki, braziliyalıya şəfa arzusu Qətərin hündürlüyü 300m olan “Aspire Tower” göydələni üzərində əks olunub. Binanın üzərində “Pele, tez sağal!” yazılıb.

Mənbə: www.oxu.az