Uzun illər onun bu rekordunu təzələyən olmayacaq - FOTO

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünya çempionatında qapıya 100 zərbə vuran ilk şəxs olub.

Portuqaliyalı forvard tarixdə bu həddə çatan ilk oyunçudur (statistik məlumatlar 1966-cı ildən mövcuddur).

Xatırladaq ki, həmçinin forvar dünya və Avropa çempionatlarında keçirilən oyunların sayına görə rekorda imza atıb. Ronaldu 2006-cı ildən bəri beşinci dünya çempionatında iştirak edir.

Qeyd edək ki, Ronaldu dünya çempionatının üçüncü tur matçında koreyalı futbolçu ilə mübahisə edib, ona “ağzını yummasını tövsiyə edib”.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Malayziya Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıda sərgi açılıb

SONRAKI XƏBƏR

ABŞ Polşaya “F-15 Eagle” qırıcıları göndərib