İtaliya nəhəngi türk qapıçını istəyir

"Fənərbağça”nın qapıçısı Altay Bayındırın transferi ilə bağlı xəbər yayılıb.Öncədən verdiyi transfer xəbərləri ilə dünyada məşhurlaşan Canluka Di Marzio İtaliya nəhəngi "İnter"in Altay Bayındırı heyətinə qatmaq istədiyini iddia edib.
Xəbərdə Altay Bayındırın müqaviləsinin mövsümün sonunda bitəcəyindən,"İnter"in Handanoviç əvəzinə Türkiyə millisinin qapıçısını heyətinə qatmaq üçün çalışdığı bildirilib. Gianluca Di Marzionun xəbərinə görə, Altay Bayındır "İnter"in qapıçı mövqeyinə bir nömrəli namizəddir.
"Fənərbağça"nın bir müddətdir yeni müqavilə üçün danışıqlar apardığı Altay Bayındırın qərarı artıq cox maraq doğurur.

Aqreqator.az

ƏVVƏLKİ XƏBƏR

Gülaydan ünvanına yazılan tənqidlərə SƏRT CAVAB

SONRAKI XƏBƏR

Tonlarla yumurta satışdan yığışdırılır - Alıcılara XƏBƏRDARLIQ