"Mənim ona yazığım gəldi"

"Mənim ona yazığım gəldi"<span class="qirmizi"></span>

        "İnter"in vitse-prezidenti Xavyer Zanetti hücumçu Romelu Lukakunun Qətərdə keçirilən dünya çempionatında uğursuz çıxışı haqda danışıb.
Belçikalılar qrup mərhələsini adlaya bilməyərək turniri uğursuz başa vurdular və zədədən sonra optimal formada olmağa vaxt tapmayan komanda lideri Romelu Lukaku Xorvatiya ilə son tur matçının (0:0) anti-qəhrəmanına çevrildi. 
         Zanetti açıqlamasında "Oyundan sonra ona çox üzgün olduğumu bildirən mesaj yazdım.O, ciddi zədədən sonra dünya çempionatına getmək üçün çox şey etdi. Belçikada ondan çox şey gözləyirdilər,amma sonda hər şey olduğu kimi oldu. Bir hücumçunun bir qol vurması çox vacibdir.Həmin qoldan sonra çox vaxt hücumçunun işləri qaydasına duşməyə başlayır.Lukakuda isə, təəssüf ki,belə olmadı.Xorvatlarla oyundan sonra mənim ona yazığım gəldi".

Mənbə: