Azərbaycan Premyer Liqası: "Zirə" "Turan Tovuz"a qalib gəlib

Azərbaycan Premyer Liqası: "Zirə" "Turan Tovuz"a qalib gəlib<span class="qirmizi"></span>

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son oyununda "Zirə" "Turan Tovuz"u qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 74-cü dəqiqədə "qartallar"dan Filipe Paxtman açıb. 84-cü dəqiqədə paytaxt təmsilçisi rəqibi ikinci dəfə məyus edib. Qonaqların qapıçısı Kamal Bayramov topu öz qapısından keçirib. Son nöqtəni isə 86-cı dəqiqədə Tovuz klubundan Ayxan Hüseynov qoyub.

Bu qələbə ilə xallarını 26-ya çatdıran "qartallar" yenidən 4-cü pilləyə yüksəlib. 16 xalı olan "Turan Tovuz" isə 6-cı sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Neftçi”ni 4:0, “Qəbələ” “Səbail”i 2:1, "Sumqayıt" "Kəpəz"i 1:0 hesabı ilə üstələyib, “Şamaxı” isə Bakıda “Sabah”la heç-heçə edib - 1:1.

Mənbə: report.az