"Ayağa qalxıb yolumuza davam edirik" - Co Bayden

"Ayağa qalxıb yolumuza davam edirik" - Co Bayden<span class="qirmizi"></span>

ABŞ prezidenti Co Bayden milli komandanın Qətərdə keçirilən dünya çempionatını tərk etməsinə münasibət bildirib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ABŞ rəhbəri futbolçuların həvəsdən düşməməli olduğunu qeyd edib:

"Uşaqlar, biz sizinlə fəxr edirik. Ayağa qalxıb yolumuza davam edirik. Qarşıda bizi parlaq gələcək və 2026-cı ildə evdə keçirəcəyimiz dünya çempionatı gözləyir".

Qeyd edək ki, 1/8 finalda ABŞ yığması Hollandiya millisinə uduzaraq (1:3) turnirlə vidalaşıb.

 

Mənbə: news.milli.az