Venqer dünya çempionatında favoritlərini açıqladı

Venqer dünya çempionatında favoritlərini açıqladı<span class="qirmizi"></span>

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venqer Qətərdə keçirilən dünya çempionatının favoritləri haqda danışıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, fransalı məşqçi favoritlərini açıqlayıb:

"Daha yaxşı cinah oyunçuları olan komandaların dünya çempionatında qalib olma ehtimalı daha yüksəkdir. Cinah müdafiəçiləri də əsas rol oynayırlar, onlar bu oyunçuların komandadan yararlanmasına nail olmalıdırlar. Belə komandalar sırasında Fransa və İngiltərə də var. Onlar sona qədər təhlükəli olacaqlar.

Mərakeşin oyunu mənim üçün gözlənilməz oldu. Onları turnirin 1/8 finalında İspaniya ilə qarşılaşmada görməyi çox istəyirəm. Ümid edirəm ki, Afrika komandaları gələcəkdə dünya çempionatında daha çox təmsil olunacaqlar".

Mənbə: news.milli.az