Mbappe 2022-ci il dünya çempionatı bombardirləri siyahısına başçılıq edir

Fransa millisinin hücumçusu Kilian Mbappe Qətərdə keçirilən dünya çempionatındakı 5-ci qolunu polyaklara qarşı matçda vuraraq turnirin bombardirləri cədvəlinə başçılıq edir.

Onu hərəyə üç qol vuran Alvaro Morata (İspaniya), Kodi Qakpo (Niderland), Lionel Messi (Argentina), Markus Raşford (İngiltərə) izləyir.

Ümumilikdə Mbappe polyaklara iki qol vurub.

Bundan əvvəl o, Qətərdə danimarkalılarla oyunda dubla imza atmış, daha öncə isə Avstraliyaya qol vurmuşdu.

Xatırladaq ki, PSJ-nin 23 yaşlı hücumçusunun transfer qiyməti 160 milyon avrodur.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

SONRAKI XƏBƏR

İbrahim Kalın: “Türkiyə Rusiya və Ukrayna arasında danışıqların təşkili üçün səylərini davam etdirəcək”