DÇ-2022: Sterlinq İngiltərə millisinin düşərgəsini tərk etdi

DÇ-2022: Sterlinq İngiltərə millisinin düşərgəsini tərk etdi<span class="qirmizi"></span>

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Seneqalla qarşılaşacaq İngiltərə millisinin heyətində problem yaranıb.

Belə ki, yarımmüdafiəçi Rahim Sterlinq millinin düşərgəsini tərk edib.

Bununla bağlı məşhur insayder Fabrizio Romano xəbər paylaşıb.

İtaliyalı jurnalist bildirib ki, “Çelsi”nin oyunçusu ailə məsələləri ilə bağlı millinin düşərgəsindən ayrılıb.

Mənbə: www.oxu.az