Didye Deşam: "Mbappe problemləri həll etməyi bacarır"

Didye Deşam: "Mbappe problemləri həll etməyi bacarır"<span class="qirmizi"></span>

"Mbappe problemləri həll etməyi bacarır. Bu isə komandamız üçün əladır".

"Report"un məlumatına görə, bunu Fransa millisinin baş məşqçisi Didye Deşam Qətərdə keçirilən dünya çempionatında Polşa yığmasına 3:1 hesabı ilə qalib gəldikləri 1/8 final oyunundan sonra mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis matçın çətin alındığını bildirib: "Çünki rəqib yaxşı təşkil olunub. Bizi udmaq və mərhələni keçmək şansı var idi. Fasilədə oyunumuzu bir az dəyişdik. Nəticədə ikinci hissədə daha 2 qol vurduq".

Qeyd edək ki, Fransa millisi 1/4 finalda İngiltərə - Seneqal cütünün qalibi ilə üz-üzə gələcək.

Mənbə: report.az