FİFA Mbappeyə görə fransızları cəzalandırdı

FİFA Mbappeyə görə fransızları cəzalandırdı<span class="qirmizi"></span>

Fransa Futbol Federasiyası yığmanın hücumçusu Kilian Mbappeyə görə cərimələnib.

Milli.z offsideplus.az-a istinadən xəbər verir ki, PSJ-nin futbolçusu DÇ-2022-nin qrup mərhələsinin Avstraliya (4:1) və Danimarka (2:1) ilə matçlarında ardıcıl iki dəfə oyunun ən yaxşısı seçilib.

Lakin Mbappe bu münasibətlə müsahibə verməkdən imtina edib. Birinci imtinadan sonra Fransa Futbol Federasiyasına xəbərdarlıq edilsə də, ikinci dəfə qayda pozuntusuna görə 10200 avro cərimə tətbiq edilib.

Xatırladaq ki, Fransa millisi bu gün Polşanı 3:1 hesabıyla məğlub edərək mundialda 1/4 finala yüksəlib.

Mənbə: news.milli.az