"Qarabağ"ın azarkeşi pirotexniki vasitəyə görə həbs edildi

 

Azərbaycan Premyer Liqasının 16-cı turunda "Neftçi" – "Qarabağ" oyunundan əvvəl qonaq komandanın 3 azarkeşi saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə "İmarət" azarkeş qrupunun səhifəsi məlumat yayıb.

Bildirilib ki, matça gedərkən "Qarabağ" tərəfdarları pirotexniki vasitədən istifadə etdiyi əsdas gətirilərək Nizami Rayon Polis İdarəsinə aparılıb: "Bir nəfər üzvümüz polis tərəfindən 500 manat cərimə edilib, digər üzvümüz isə Nizami Rayon Məhkəməsi tərəfindən 8 sutka inzibati həbs cəzası alıb. Tək səbəb oyundan əvvəl azarkeşlərin pirotexniki vasitədən istifadə etməsidir".

Məsələ ilə bağlı danışan DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, kütləvi idman oyunlarının təşkili və keçirilməsində təhlükəsizlik tədbirlərinə ciddi əməl edilməlidir: "Qaydalara əməl etməyən şəxslərlə bağlı müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub. Kütləvi idman oyunlarında istənilən neqativ davranışın qarşısı alınır".

 

 

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

İranın Azərbaycan düşmənçiliyi: Əhməd Obalı faktlardan danışıb

SONRAKI XƏBƏR

Azərbaycanda ŞOK: Sevgilisindən ayrılan tələbə qız özünü DOĞRADI