Bakı, 5 dekabr, AZƏRTAC
Abdullah Zubir “Qarabağ”da 40-cı qolunu vurub. Fransalı yarımmüdafiəçinin yubileyi Azərbaycan derbisinə təsadüf edib. O, Azərbaycan Premyer Liqasının “Neftçi” ilə səfər matçında (4:0) fərqlənib.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, yarımmüdafiəçi 40-cı qolunu özünün 184-cü oyununda rəqib qapısından keçirib. Zubir ölkə çempionatlarında 29, kubokda 1, avrokuboklarda 10 dəfə rəqib qapısına yol tapıb.
Zubir “Qarabağ”da ilk qolunu 2018-ci il sentyabrın 23-də “Qəbələ” ilə çempionat matçında (4:1) vurub.
Qeyd edək ki, Zubir “Qarabağ”ın tarixi ərzində 40 və ya daha çox qol vuran 13-cü futbolçudur.
Mənbə: azertag.az