Qətər-2022-nin görünməyən tərəfi - VİP biletlərə Asiya mafiyası nəzarət edir

 

Argentina millisinin kapitanı Lionel Messinin futbol üzrə dünya çempionatında göstərdiyi performans komandasının Qətərdəki növbəti oyunlarına marağı xeyli artırıb. Bu isə bilet satanların, dəllalların daha çox pul qazanması deməkdir. Maraqlıdır ki, bilet satışı sahəsini Asiya mafiyası "himayə" edir. Mundo Deportivo xəbər verir ki, bir sıra azarkeşlər dünya çempionatının 1/4 final mərhələsinin Hollandiya - Argentina matçına biletləri baha alacaqlar. Yaxşı yerlərə bilet əldə etmək istəyənlər rəsmi qiymətdən 5 dəfə baha, 4500 avro ödəməli olacaqlar. Hazırda "Lusail İkonik" stadionuna giriş üçün yüksək məbləği ödəməyə hazır olan insanlar var ki, onlar əfsanəvi oyunçu Messinin canlı oyununu görmək arzusundadırlar. Bu həm də hər bir azarkeşin həyatında təkrarolunmaz bir xatirə olacaq.

"Qızıl ördəy"i qazananlar - Taliban Qətər stadionlarını necə tikib? İspaniya nəşri iddia edir ki, çempionata dair biletlərin alqı-satqısına Asiya mafiozları, xüsusən də çinlilər ciddi şəkildə nəzarət edirlər. Onlar Messinin son dünya çempionatı və bəlkə də milli komandada qatıldığı son böyük turnir olması faktından maksimum yararlanırlar. Hətta Leonun 2022-ci il Dünya Kubokunda keçirdiyi matçları "U2" və ya "Rolling Stones"un vida konsertləri ilə müqayisə edirlər.

İndiki halda isə Hollandiya - Argentina matçı üçün nəzərdə tutulmuş VIP paketlər isə azarkeşlər arasında böyük tələbata səbəb olub. Hazırda premium sinif biletlər ən azı 7500 avro qiymətinə təklif olunur. Hətta bu qiymətə zəngin futbol azarkeşlərinə matçda rahat şəkildə baxmaqdan əlavə stadionda rahat şəkildə xüsusi lojalarda şam yeməyi yeməsinə də zəmanət verilir.

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatının biletləri ən bahalı biletlər kimi tarixə düşdülər. Rəsmi internet saytında finala olan vəsiqələrin qiyməti orta hesabla 812 dollardır. Müqayisə üçün qeyd edək ki, 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatında Berlin Olimpiya Stadionunda keçirilən həlledici oyunun biletləri hər oturacaq üçün orta hesabla 250 avroya başa gəlirdi.

Tural Tağıyev

 

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Toyuq əti ucuzlaşdı

SONRAKI XƏBƏR

"“3+3” formatında yeni görüş hazırlanır" - Rusiya XİN