Bizdən qorxmalıdırlar

Bizdən qorxmalıdırlar<span class="qirmizi"></span>

Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi İspaniya ilə dünya çempionatının 1/8 final oyunundan gözləntilərini bölüşüb.
Hakimi qeyd edib ki, futbolçunun fikrincə, cari mundialın ən yaxşı 5 komandasında yer alan rəqibin gücünə baxmayaraq, mərakeşlilər inamlıdırlar və qələbəyə ümid edirlər.
“Qrupda birinci yeri tutduq və müəyyən hörmət qazandıq. Əminəm ki, İspaniya bunu başa düşür və onlar bizdən bir az qorxmalıdırlar”, - deyə Hakimi "Marca"ya bildirib.
Xatırladaq ki,Mərakeş - İspaniya dekabrın 6-da keçiriləcək.Bu qarşılaşmanın qalibi turnirin 1/4 finalında Portuqaliya-İsveçrə cütünün qalibi ilə qarşılaşacaq.

Mənbə: aqreqator.az