"Rekordu yeniləməyə borcludur"

"Rekordu yeniləməyə borcludur"<span class="qirmizi"></span>

     Bazar günü Olivye Jiru Fransa milli komandasının bombardirləri  arasında ilk pilləyə cixib.Polşa millisinin qapısına qol vuran Jiru Tyerri Anrini qabaqlayıb və 52 qolla “üçrənglilər” tarixinin ən yaxşı bombardiri olub.
Olivye Jiru əmindir ki, onun rekordu yaxın gələcəkdə yenilənəcək.
“Kilian tezliklə mənim rekordumu təzələyəcək. O bu rekordu qırmağa borcludur. O, Polşaya matçında iki möhtəşəm qol vurdu və buna layiqdir. Mbappe hələ də hamını heyrətləndirir”-deyə Jiru jurnalistlərə bildirib.
Xatırladaq ki,Kilian Mbappenin 23 yaşı var. Hazırda hücumçunun Fransa millisində vurduğu qolların sayı 33-dür

Mənbə: aqreqator.az